Azərbaycan boksçuları Budvada keçirilən U-19 dünya çempionatını 2 medalla başa vurublar.
Boks Federasiyasından Bizim.Media-ya bildirilib ki, komandamızın heyətində Nihat Qasımov (55 kiloqram) və Səfdər Məmmədzadə (+90 kiloqram) fərqləniblər.
Onların hər ikisi bürünc medal qazanıb.
Bizim.Media




































































































