Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado ölkəsinə qayıtdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Maçado qayıtdıqdan sonra ilk dəfə Lara ştatının Barkisimeto şəhərindəki Santa-Rosa bazilikasında keçirilən mərasimdə iştirak edib. Daha sonra Karabobo və Araqua ştatlarında dayanaraq paytaxt Karakasa yollanıb.
Siyasətçinin beynəlxalq ofisi onun təxminən bir illik xaricdə qalmasından sonra vətənə qayıtdığını təsdiqləyib və ABŞ administrasiyasına, eləcə də müttəfiq ölkələrin hökumətlərinə diplomatik dəstəyə görə təşəkkür edib.
Maçado qayıdışının əsas məqsədinin ölkədə şəffaf və ədalətli prezident seçkilərinin təşkilinə kömək etmək olduğunu bildirib.
O, 2023-cü ildə müxalifətin ilkin seçkilərində 92,35 faiz səs toplasa da, sonradan məhkəmə qərarı ilə 15 il müddətinə seçkilərdə iştirak etməkdən və dövlət vəzifəsi tutmaqdan məhrum edilib. 2025-ci ildə isə ölkədə demokratiyanın təşviqi istiqamətində səylərinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Bizim.Media


































































































