İnsanların beyinlərinin yalnız 10 faizindən istifadə etməsi barədə fikirlər miflərə əsaslanır.
Bizim.Media xəbər verir ki, bu barədə “raketa” nəşri yazıb.
Mənbə qeyd edir ki, beynin bəzi nahiyələrində yeni sinir hüceyrələri yaranır. Bu proses neyrogenez adlanır.
Bununla belə, beynin bərpa imkanları məhduddur və zədələnmiş neyronları həmişə yeniləri ilə əvəz etmək mümkün olmur.
Beyin fəaliyyəti ilə bağlı tədqiqatlar göstərir ki, gün ərzində onun demək olar ki, bütün hissələri işləyir, lakin eyni vaxtda və eyni intensivlikdə deyil. İnsan yatarkən də beyin müxtəlif funksiyaları yerinə yetirir.
Bizim.Media


































































































