Mayk Tayson Türkiyə serialında rol alacaq

Hazırda oxunan: Mayk Tayson Türkiyə serialında rol alacaq

644301

Əfsanəvi amerikalı boksçu Mayk Tayson Türkiyədə yayımlanan “Tuzlu kahve” serialına qonaq olaraq qatılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.
 

Onun sözlərinə görə, gözlənilməz addımları ilə hər kəsi təəccübləndirən serialın prodüseri Polat Yağcı Mayk Taysonu Türkiyəyə dəvət edib.


Belə ki, Tayson serialda Buğra Gülsoyun canlandırdığı Mehmetin Amerikadan gələn dostu obrazına həyat verəcək.

Qeyd edək ki, layihədə Nebahat Çevre, Binnur Kaya, Settar Tanrıöğen, Hatice Aslan, Şevval Sam, Eda Ece, Enis Arıkan, Yasemin Ergene, Sarp Apark, Ceren Moray kimi məşhur simalar yer alıb.
 

Mayk Tayson Türkiyə serialında rol alacaq - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin