Digər banklarda krediti olan müştərilər üçün Birbank-ın kredit köçürmə kampaniyasının müddəti uzadılıb. 30 sentyabr 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini Birbank-a köçürərək bankın təklif etdiyi kreditə 6%-dək güzəştdən yararlana bilərlər. Kampaniya üzrə təqdim olunan nağd pul kreditinin maksimal məbləği isə 50 000 manatdan 80 000 manatadək artırılıb.
Kampaniyadan Kapital Bank-dan və ya istənilən digər bankdan əməkhaqqı və ya təqaüd alan şəxslər yararlana bilərlər. Kredit 59 ayadək müddətə təqdim olunur. Şərtlər isə müştərinin fərdi qiymətləndirilməsindən asılı olaraq müəyyən edilir.
Bir neçə bankda krediti olan müştərilər üçün öhdəliklərinin bir mərkəzdə birləşdirilməsi həm ödənişlərin izlənilməsini, həm də aylıq büdcənin planlaşdırılmasını daha da sadələşdirir.
Kampaniyadan yararlanmaq istəyən hər kəs ən yaxın Kapital Bank filialına müraciət edə bilər.
Ətraflı məlumat üçün link: //www.b-b.az/bbclrfn
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:18 / 03.09.2026
Kreditinizi Birbank-a gətirin, 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin
Hazırda oxunan: Kreditinizi Birbank-a gətirin, 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin
Hazırda oxunan: Kreditinizi Birbank-a gətirin, 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin
634589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































