Prezident Malayziya Kralını TƏBRİK ETDİ

Hazırda oxunan: Prezident Malayziya Kralını TƏBRİK ETDİ

633951

Prezident İlham Əliyev Malayziya Kralı Sultan İbrahimə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
 

Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tərəfdaşlıq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur.


İnanıram ki, Azərbaycan-Malayziya dövlətlərarası münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığımız həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da uğurla inkişaf etməyə və genişlənməyə davam edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin