2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

Hazırda oxunan: 2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

633966

Yunanıstanın Andros adası yaxınlığında dalğıclar təxminən 2400 il əvvəl batmış ticarət gəmisini aşkarlayıblar.

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, dənizin dibində gəminin böyük yükü də qorunub saxlanılıb. Arxeoloqlar burada təxminən 600-650 qədim amfora müəyyən ediblər.
 

Gəmi təxminən 40 metr dərinlikdə tapılıb. Tapıntılar arasında ən azı üç növ amfora var. Bu qablar qədim dövrdə şərab, yağ, taxıl və digər məhsulların daşınması üçün istifadə olunurdu. Arxeoloqlar həmçinin qurğuşundan hazırlanmış lövbərin bir hissəsini də aşkar ediblər.


Bir neçə qab artıq tədqiq olunmaq üçün suyun üzərinə çıxarılıb. Alimlər gəminin hansı yükü daşıdığını və haradan yola düşdüyünü müəyyən etməyə çalışırlar.

Mütəxəssislərin fikrincə, bu tapıntı iki min ildən çox əvvəl Aralıq dənizində mövcud olmuş ticarət marşrutları haqqında mühüm məlumatlar verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin