Balakənin sabiq icra başçısının həbs müddəti UZADILDI

Hazırda oxunan: Balakənin sabiq icra başçısının həbs müddəti UZADILDI

633950

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bizim.Media xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.
 

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.


İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin