Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Hazırda oxunan: Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

633903

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir. Avqustun 30-da müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib.

Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub. Hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Zakir Həsənov təqdim edib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin