Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt əyalətindən olan deputatı Hans-Tomas Tilşnayder seçki ofisində üzərində Rusiya ordusunun simvolları olan fincanın saxlanılmasında problem görmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, NTV-nin məlumatına görə, qara rəngli, üzərində qırmızı ulduz və kiril əlifbası ilə “Rusiya Ordusu” yazısı olan fincanı jurnalist ofisdə aşkarlayıb. Deputat onun 2023 və ya 2024-cü illərdə Rusiyaya səfər zamanı hədiyyə edildiyini deyib.
Tilşnayder fincanı niyə atmadığı sualına “Kimsə mənə hədiyyə edib. Mən onu atmaq istəmirdim” cavabını verib.
Rusiyanın Ukraynaya qarşı müharibə apardığı və Almaniyaya qarşı hibrid müharibə yürütməsi ilə bağlı suala isə deputat “Bu, bizim müharibəmiz deyil” deyə cavab verib.
O, Rusiya ordusuna münasibətini belə ifadə edib: “Nə düşmən, nə də dost. Dövlətlərin dostları olmur, dövlətlərin maraqları olur”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:16 / 30.08.2026
Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü
Hazırda oxunan: Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü
Hazırda oxunan: Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü
633869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































