Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

Hazırda oxunan: Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

633879

Kürdəmirdə işıqlandırılmayan yolda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, sakinlərin Baku TV-yə dediklərinə görə, ərazidə yolun işıqlandırılmaması, eləcə də sərt döngələrdə yol nişanlarının olmaması sürücülər üçün ciddi təhlükə yaradır.

"Qaranlıqdır, görünmür. Mal-qara yola çıxır. Sərt döngədir, işıqsızdır. Sürücü də gəlir, görmür, düşür", - sakinlərdən biri deyib.

Digər sakin isə bildirib ki, ərazidə əvvəllər də bir neçə qəza baş verib:

"Kənd camaatı yolu bilir, amma kənardan gələn sürücülər bilmirlər. Xahiş edirik ki, bu yol işıqlandırılsın. Burada üç-dörd belə hadisə olub. Sərt döngələrdir, yol nişanları qoyulmur, işıqlandırma yoxdur".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin