Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə sahillərində sərnişin bərəsinin aşması ilə bağlı aparılan təhqiqat çərçivəsində gəminin kapitanı və 7 heyət üzvü saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Kiprdə bərə faciəsinin TƏFƏRRÜATI: Kapitan sərnişinləri qoyub qaçıb
Bizim.Media xəbər verir ki, bu barədə ŞKTR Baş naziri Ünal Üstel yazılı bəyanatında bildirib.
Axtarış-xilasetmə işlərinə Türkiyə və ŞKTR-nin bütün imkanlarının cəlb olunduğunu vurğulayan Baş nazir Kiprin ən böyük dəniz faciəsi ilə qarşı-qarşıya qaldıqlarını deyib:
“Aşan bərə ilə bağlı aparılan təhqiqatda bərənin kapitanı və 7 nəfər saxlanılıb. Çox aydın şəkildə bildirirəm ki, bu hadisənin hər bir tərəfi araşdırılacaq. Ən kiçik bir səhlənkarlıq belə varsa, üzə çıxarılacaq. Təqsiri və məsuliyyəti olan kim olursa-olsun, gözünün yaşına baxılmayacaq”.
Həmçinin qeyd olunub ki, itkin düşənlərin tapılması üçün hazırda ərazidə Türkiyə Silahlı Qüvvələrinə aid 2 təyyarə, 4 helikopter, 4 PUA və Sahil Mühafizəsinin 4 gəmisi fasiləsiz axtarış aparır.
Bizim.Media

































































































