Birinci sinfin şagirdlərinə ev tapşırıqları verilməməlidir - TƏKLİF

Hazırda oxunan: Birinci sinfin şagirdlərinə ev tapşırıqları verilməməlidir - TƏKLİF

633912

Rusiyada ailə psixoloqu Oksana Qaynulina birinci sinif şagirdləri üçün ənənəvi ev tapşırıqlarının əvəzinə valideynlərlə mütaliə, yaradıcı tapşırıqlar və oyunların tətbiqini təklif edib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu yanaşma uşaqların məktəbdən sonra dincəlməsinə və öyrənməyə marağının artmasına imkan verə bilər.

2026-cı il sentyabrın 1-dən birincilərə ev tapşırığı verilməyəcəyi bildirilir. Psixoloq hesab edir ki, evdə görülən işlər tamamilə aradan qaldırılmamalı, daha yüngül və uşağın inkişafına yönəlmiş formada təşkil edilməlidir.

Onun fikrincə, valideynlərlə birgə kitab oxumaq, sadə yaradıcı işlər və maarifləndirici oyunlar uşaqlarda gərginlik yaratmadan düşünmə qabiliyyətini və biliklərə marağı inkişaf etdirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin