Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi (İB) məlumat yayıb.
Payız-qış mövsümünə hazırlıq, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun R. Quliyev, İ. Əbilov, Sadıqcan, Zığ yolu, Cavanşir küçələrinin və Kombinat ərazisinin, Sabunçu rayonunun Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Balaxanı qəsəbəsində Fazenda küçəsinin, Suraxanı rayonunun Zığ qəsəbəsində H. Allahverdiyev, Xanlar, N. Gəncəvi, İ. Süleymanov, R. Göyüşov, S. Həmidov küçələrinin və Zığ şosesinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:10 / 30.08.2026
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Hazırda oxunan: Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Hazırda oxunan: Sabah Bakının bu ərazilərində qaz olmayacaq
633831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































