Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ermənistanın xarici siyasət kursu ilə bağlı qərar verə bilməz.
Bizim.Media xəbər verir ki, Peskov Vladimir Putinlə Nikol Paşinyanın qarşıdakı görüşünü şərh edərkən qeyd edib ki, Rusiya prezidenti Ermənistanın Aİ ilə yaxınlaşması məsələsində Moskvanın mövqeyini bir daha diqqətə çatdıracaq.
“Biz ermənilərdən daha çox erməni ola bilmərik. Öz taleləri ilə bağlı qərarı ermənilər özləri verəcəklər”, – deyə Peskov bildirib.
O, həmçinin Moskvanın Ermənistanın gələcək siyasi kursu ilə bağlı referendum keçirilməsini təklif etdiyini deyib. Peskovun sözlərinə görə, daha əvvəl Aİİ ölkələrinin liderləri də bu təkliflə çıxış ediblər.
Bizim.Media

- A-
- A
- A+
Region
21:28 / 30.08.2026
Peskov: “Biz ermənilərdən daha çox erməni ola bilmərik” - VİDEO
Hazırda oxunan: Peskov: “Biz ermənilərdən daha çox erməni ola bilmərik” - VİDEO
Hazırda oxunan: Peskov: “Biz ermənilərdən daha çox erməni ola bilmərik” - VİDEO
633884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































