“Bütün yayı qocalarla parkda nərd oynadım” – 87 yaşlı Xalq artisti

Hazırda oxunan: “Bütün yayı qocalarla parkda nərd oynadım” – 87 yaşlı Xalq artisti

633920

"Bütün yayı qocalarla nərd oynamaqla keçirdim. Ağstafada Səməd Vurğun adına park var. Yaşlı kişilər oraya yığışıb, nərd oynayır. Mən də hər səhər oraya gedib, onlarla nərd oynadım".

Bizim.Media xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti, uzun illərdir ki, Bakıdan Ağstafaya köçən aktyor Tariyel Qasımov deyib.

87 yaşlı sənətkar bildirib ki, həmişə şəhər mühitində yaşasa da kənd həyatı ona maraqlı gəlir:

"Hər gün səhər yeməyimi yeyəndən sonra gedirəm o parka və qocalara qoşulub günümü keçirirəm. Mən daima şəhərdə yaşamışam, amma indi kənd həyatı cəlb edir. Amma bir məsələ də var ki, bağda çox da işləmirəm.

Gözəl bağım, həyətim, evim var. Həyat yoldaşım çox zəhmətkeşdir, bağı cənnətə çevirib. Bağa yoldaşım qulluq edir. Bu məsələdə mən ona kömək etməmişəm. Bu işləri onun ixtiyarına vermişəm. Onun evidir, bağıdır, necə istəyirsə, elə də qulluq edə bilər, formaya sala bilər".

Sənətkar Azərbaycan Kinomatoqrafçılar İttifaqının sentyabrda baş tutacaq konfransından da danışıb: "Dəvət etsələr, gəlib iştirak edəcəyəm", -deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin