Heç fikirləşmisinizmi, niyə ildırım bir insanı vurur, amma yanındakına heç nə olmur?! İldırım özü insanı “seçir”, ya bunun elmi izahı var?
Bir neçə il öncə Afrikada keçirilən futbol matçını yada salaq: bütöv bir komandanın oyunçularını ildırımın vurmuş, digər komandaya toxunmamışdı.
O zaman isə ilk ağla gələn və ortaya atılan mistika olmuşdu. Sonradan ildırımvurmaya səbəb kimi paltar rəngini göstərsələr də əslində bunun da tam sübutu yoxdur.
İldırım üçün paltarın qara, ağ, sarı və s. olması elektrik baxımından əsas faktor deyil. Rəng sadəcə işığın hansı dalğa uzunluqlarını udub əks etdirməsi ilə bağlıdır; ildırımın yaratdığı güclü elektrik sahəsi üçün bu fərq əhəmiyyətsizdir. Amma paltarın materialı və vəziyyəti müəyyən qədər rol oynaya bilər. Yaş paltar elektrik cərəyanının bədən səthində yayılmasına təsir göstərə bilər. Paltarın metal hissələri isə (zəncirbənd, düymə və s.) qızmaya səbəb ola bilər.
Mütəxəssislər bunu belə izah edirlər ki, boy və bədən quruluşunun çox əhəmiyyəti var: hündür insan ildırımın yerə doğru yaratdığı boşalma yoluna daha uyğun nöqtə ola bilər.
İldırımın yerdə yayılması da vacib məsələdir. Çox vaxt təhlükə yalnız ildırımın birbaşa insana dəyməsindən gəlmir. İldırım yerə düşdükdən sonra cərəyan torpağın səthi boyunca müxtəlif istiqamətlərdə yayıla bilər. Bir insanın ayaqları arasındakı məsafə belə nəticəyə təsir edə bilər.
Bəs insanın bədən temperaturu buna təsir edə bilərmi?
Praktik baxımdan xeyr. Bədən temperaturunun ildırımın konkret olaraq bir insana yönəlməsində əhəmiyyətli faktor olduğuna dair yaxşı elmi əsas yoxdur. İnsan bədəni təxminən 37°C-dir, amma ildırım kanalının temperaturu on minlərlə dərəcə Selsiyə çata bilər. İldırımın formalaşmasını müəyyən edən elektrik sahələri ilə müqayisədə insanın istilik yayması çox kiçik təsirdir.
Ən təhlükəli yerlər isə məhz belə açıq sahələrdir: futbol meydanı, çimərlik, geniş düzənlik, dağ zirvəsi və s. Göy gurultusu eşidilirsə, ildırımın təhlükəsi artıq kifayət qədər yaxındır və açıq sahədə qalmaq olmaz.
Şəfiqə Şəfa, Bizim.Media






























































































