Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

Hazırda oxunan: Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

633874

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya çoxsaylı reaktiv “Şahed”lərlə Ukraynanı fasiləsiz dron hücumları ilə yormağa çalışır.

Bizim.Media  xəbər verir ki, onun sözlərinə görə, son dörd gündə Rusiya Ukraynaya müxtəlif tipli 1,5 minə yaxın pilotsuz uçuş aparatı göndərib. Onların təxminən 800-ü reaktiv “Şahed”lər olub.

Zelenski qeyd edib ki, hazırda əsas çətinlik reaktiv PUA-ların ələ keçirilməsidir və onların məhv edilməsində əsasən Ukrayna döyüş təyyarələrindən istifadə olunur.

Ukrayna liderinin sözlərinə görə, dörd şirkət dronlarla mübarizə aparmaq üçün PUA-interseptorlar hazırlayıb və onlardan birinin nəticələri xüsusilə yüksək olub. Zelenski Rusiyanın dronlarının məhv edilməsi imkanlarının maksimum artırılması barədə tapşırıq verib və payızda hava hücumundan müdafiənin effektivliyinin 90 faizdən yuxarı çatdırılacağını bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin