Bəzi yerlərə leysan yağır -FAKTİKİ HAVA

Hazırda oxunan: Bəzi yerlərə leysan yağır -FAKTİKİ HAVA

633945

Avqustun 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Qusarda 8, Balakən, Qobustanda 5, Şahbuzda 4, Beyləqan, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Şamaxıda 3, İsmayıllı, Altıağac, Zərdab, Şuşa, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Qax, Zaqatala, Şəki, Quba, Xaçmaz, Xınalıq, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astara, Zəngilan, Kəlbəcər, Füzuli, Ağdamda 1 mm-dək qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin