Yeni Zelandiya yaxınlığındakı kimsəsiz adalardan birinə cəmi 4 keçinin buraxılması illər sonra ciddi ekoloji problemə səbəb olub.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, hadisə Böyük Ada ərazisində baş verib. 1889-cu ildə dənizçilərin və balina ovçularının mümkün gəmi qəzası zamanı qida ehtiyatına sahib olması üçün adaya 4 ev keçisi buraxılıb.
Həmin vaxt heç kim bu qərarın gələcəkdə adanın ekosisteminə ciddi zərbə vuracağını düşünməyib.
Keçilərin adada təbii düşmənlərinin olmaması və zəngin bitki örtüyü onların sürətlə çoxalmasına şərait yaradıb. Nəticədə cəmi 57 il ərzində 4 keçidən ibarət qrupun sayı 400-ə çatıb.
Keçilərin sayının kəskin artması adanın təbii tarazlığını pozub. Heyvanların davamlı şəkildə otlaması nəticəsində yerli bitkilərin bir hissəsi məhv olub, bəzi növlər isə tamamilə yoxa çıxıb.
Mütəxəssislərin bildirdiyinə görə, bitki örtüyünün azalması yalnız flora üçün deyil, torpaq və digər canlılar üçün də ciddi problemlər yaradıb. Bitkilərin məhv olması torpağın eroziyaya uğramasını sürətləndirib, həmin bitkilərdən asılı olan canlıların yaşayış mühiti də pisləşib.
Sonrakı araşdırmalar zamanı adada əvvəllər müşahidə edilən bəzi bitki növlərinə ümumiyyətlə rast gəlinməyib. Nadir bitkilərdən birinin isə cəmi bir nümunəsinin qaldığı müəyyən edilib.
Beləliklə, vaxtilə dənizçilər üçün sadə qida ehtiyatı kimi düşünülən 4 keçi illər sonra adanın ekoloji tarazlığını dəyişdirən əsas amillərdən birinə çevrilib. (Metbuat.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:39 / 31.08.2026
4 keçi bir adanı məhv etdi
Hazırda oxunan: 4 keçi bir adanı məhv etdi
Hazırda oxunan: 4 keçi bir adanı məhv etdi
633918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































