Özbəkistan Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxara şəhərinə gəliblər.
Bizim.Media xəbər verir ki, onları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Qarşılama mərasimi yüksək səviyyədə təşkil olunub. Azərbaycan və Özbəkistanın dövlət başçıları səmimi görüşərək qarşılıqlı hörmət və dostluq münasibətlərini nümayiş etdiriblər.
Bizim.Media

































































































