Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən feysbuk sosial şəbəkəsində paylaşılıb.
Paylaşımda deyilir: "1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa İttifaqının səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük."
Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.
Bizim.Media



































































































