Bu gün Birgə Bəyannaməni imzalamaqla münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün mühüm təməl qoyuruq. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının təsis edilməsi barədə razılığa gəldik.
Bizim.Media xəbər verir ki, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.
Kansler bildirib ki, bu, hər iki ölkə üçün mühüm siqnaldır və Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır.
“Orta Şərqdə davam edən böhran fonunda neft, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir”, - deyə Fridrix Merts vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:30 / 21.07.2026
Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır
Hazırda oxunan: Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır
Hazırda oxunan: Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır
626631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































