İlham Əliyev Britaniyanın yeni Baş nazirini TƏBRİK ETDİ

Hazırda oxunan: İlham Əliyev Britaniyanın yeni Baş nazirini TƏBRİK ETDİ

626529

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Ölkənizi təmsil edən şirkətlər Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və burada ölkə iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda səmərəli fəaliyyət göstərirlər. bp şirkəti ilə uzun illərdən bəri davam edən, həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurlu birgə fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın dəvət etdiyi ilk xarici şirkətlər sırasında Birləşmiş Krallığın şirkətlərinin yer alması və bu gün orada aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etməsi ölkələr arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, tərəfdaşlığımız daha da möhkəmlənəcək.

Sizə bir daha təbriklərimi çatdırır, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Qeyd edək ki, Endi Börnhem dünən Baş nazir səlahiyyətlərinin icrasına başlayıb. O bu postda Kir Starmeri əvəz edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin