Regionlardakı işsiz gənclərlə bağlı ŞAD XƏBƏR

Hazırda oxunan: Regionlardakı işsiz gənclərlə bağlı ŞAD XƏBƏR

626390

Regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlərin təşkili planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.
 

Tədbirlər Planına əsasən, ilkin nəticə olaraq təlim ehtiyaclarının öyrənilməsi, aralıq nəticə olaraq təlimlərin təşkili, yekun nəticə olaraq isə təlimdə iştirak edən şəxslər, xüsusilə gənclər arasında işlə təmin olunanların sayının artırılması nəzərdə tutulur.


Layihənin əsas icraçısı kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar kimi isə Gənclər və İdman, o cümlədən Elm və Təhsil nazirlikləri müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin