Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Hazırda oxunan: Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

625880

“Qələbənin atası çox olar, məğlubiyyət isə yetimdir...”

Bu məşhur aforizm Ukraynada yaşanan hökumət böhranını ən yaxşı şəkildə izah edir.

Belə ki, Ukraynanın Rusiyaya qarşı cəbhədə ciddi uğurlar əldə etsə də, Kiyevdə hökumət böhranı yaşanır. Əvvəlcə Ukraynanın baş naziri, daha sonra isə Müdafiə naziri istefaya göndərilib.

İstefalar davam etməkdədir.

Ötən günsə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

Təbii ki, baş verən istefalar hökumət daxilində ciddi fikir ayrılığının olduğunu göstərir. Bu faktorsa Ukraynanın ön cəbhədəki uğurlarına kölgə salır.

Ona görə də bəzi ekspertlər “hökümət böhranı”nın təsadüf olmadığını söyləyirlər. Xüsusilə də, müdafiə naziri Mixail Fedorov və Ali Baş Komandan Aleksandr Sırski arasında ciddi anlaşmazlıqlar mövcud idi. Fedorovun istefası da məhz bununla əlaqələndirilir. Elə Fedorovun özü idə istefadan sonra verdiyi açıqlamada Sırskiyə söz ataraq, "köhnə metodlarla yerimizdə saya bilmərik" deyə qeyd edib. 

Günahkar kimdir?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, istənilən ölkədə “hökumət böhranı” arzuolunmaz haldır:

“Ukrayna üçünsə bu daha ağır nəticələr verə biləcək məsələdir. Çünki ölkə ağır müharibə şərtləriylə yaşayır. 4 illik fasilədən sonra Ukrayna nəhayət ki, cəbhədə müəyyən üstünlük qazanıb. Belə bir şəraitdə hökumət daxilində baş verənlər ümumi məqsədlərə və hədəflərə zərbə vurur. İndiki halda məsuliyyət daha çox Prezident Volodimir Zelenskinin üzərinə düşür.

O, çalışmalıdır ki, maksimum qısa zamanda hökümət böhranını aradan qaldırsın.

Bunun üçün də artıq müvafiq addımlar atılıb. Yeni baş nazir və yeni Müdafiə naziri təyin olunub. Bundan sonra proseslərin necə inkişaf edəcəyini bəri başdan demək çətindir. Eyni zamanda, Ukrayna hökuməti daxilində fikir ayrılığı yaradanların ölkə daxilində və yaxud xaricdə olduğunu da qəti şəkildə bildirmək çətindir. Yəqin ki, zamanla hər şey aydınlaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin