Əli Əsədovla Slovakiya Prezidenti arasında GÖRÜŞ: Nələr müzakirə edildi? – FOTO

Hazırda oxunan: Əli Əsədovla Slovakiya Prezidenti arasında GÖRÜŞ: Nələr müzakirə edildi? – FOTO

625453

Bu gün Baş nazir Əli Əsədov Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə Slovakiya Prezidenti P.Pelleqrininin Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm təkan verəcəyi vurğulanıb.
 

Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisində iştirakının önəmi qeyd olunub.


Slovakiya tərəfindən Baş Qərvənd kənd tam orta məktəb binasının inşa edilərək Azərbaycan tərəfinə hədiyyə olunması təşəbbüsü yüksək qiymətləndirilərək buna görə minnətdarlıq ifadə edilib.

Azərbaycan ilə Slovakiya arasında siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin