Quru sərhədləri niyə hələ də açılmır?

Hazırda oxunan: Quru sərhədləri niyə hələ də açılmır?

625096

Azərbaycanda quru sərhədlərinin uzun müddətdir bağlı qalması müzakirə olunan məsələlərdən biridir. Hazırda Azərbaycanın iki böyük qonşusu münaqişə vəziyyətindədir.

Eyni anda şimal qonşusu Rusiyanın dərinlikləri, həmçinin, cənub qonşu İranın hərbi obyektləri bombalanır. Bu da Azərbaycanın quru sərhədlərini qapalı saxlamağa gətirib çıxarıb. Azərbaycan təhlükəsizliyi əsas gətirərək quru sərhədləri açmır. Artıq 6 ildir ki, bu vəziyyət davam edir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, quru sərhədlərinin bağlanması müharibə ilə deyil, pandemiya ilə bağlı qərardır.
 

Onun sözlərinə görə, pandemiya dövründə dünyanın əksər ölkələri kimi Azərbaycan da sərhədlərini bağlasa da, pandemiya başa çatdıqdan sonra digər dövlətlər sərhədlərini açdığı halda Azərbaycanda bu məhdudiyyət qüvvədə qalıb:


"Pandemiya rəsmi bitdikdən sonra demək olar ki, bütün dövlətlər sərhədlərini açdı, bizdə isə sərhədlər açılmadı. Sərhədlərin bağlı saxlanılması doğru deyil. Ölkənin şimal və cənub istiqamətlərindən təhlükə və təhdidlərin mövcudluğu ilə bağlı fikirlər əsassız deyil. Lakin bu amil quru sərhədlərinin bağlı saxlanılması üçün kifayət qədər əsas hesab oluna bilməz.

Bu təhlükələrin, təhdidlərin olması sərhədlərin bağlanması üçün əsas deyil. Dövlətlər təhlükələr və təhdidlər şəraitində öz sərhədlərini qorumağı bacarmalıdır. Təhlükəsizlik tədbirləri sərhədlərin bağlanması ilə deyil, aidiyyəti qurumların daha peşəkar fəaliyyəti ilə təmin olunmalıdır. Quru sərhədlərinin bağlı qalması təhlükə yaratmaq istəyən şəxslərin ölkəyə daxil olmasının qarşısını tam almır”.

"Quru sərhədlərinin açılması üçün xüsusi şərtlərə ehtiyac yoxdur və dövlət həm vətəndaşların hərəkət azadlığını təmin etməli, həm də ölkənin təhlükəsizliyini qorumalıdır. Bu məsələlərə yenidən baxış olmalı, quru sərhədlərinin açılması və əhali üçün yaranan bəzi problemlərin aradan qaldırılması vacibdir", - deyə Əli Mustafa fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin