Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Hazırda oxunan: Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

625036

Qusar rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda birinci dəfə rəhbərliyə gəlişinin ildönümü münasibətilə abidəsi ziyarət olunub.

Bizim.Media xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP Qusar rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ümummilli Liderin abidəsi önünə tər gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

1969-cu il iyulun 14-ü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi qeyd olunur. Həmin dövrdə respublika dərin sosial-iqtisadi böhran içində idi.

İttifaq respublikaları arasında iqtisadi göstəricilərə görə son sıralarda qərarlaşan Azərbaycanın sənayesi, kənd təsərrüfatı və idarəetmə sistemi ciddi problemlərlə üzləşmişdi.
 

Məhz belə bir mürəkkəb şəraitdə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkənin taleyini dəyişdi. 1969-1982-ci illər Azərbaycanın sürətli tərəqqi dövrü kimi tarixə düşdü.


Həmin illərdə respublikada müasir sənaye sahələri yaradıldı, elm və texnikanın son nailiyyətləri istehsalata tətbiq olundu.

Kənd təsərrüfatı, tikinti, nəqliyyat, təhsil və mədəniyyət sahələrində köklü islahatlar aparıldı. Azərbaycan ittifaq miqyasında inkişaf tempinə görə qabaqcıl respublikalardan birinə çevrildi.

Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində gələcək müstəqil dövlətimizin təməli qoyuldu. Milli kadrların yetişdirilməsinə, gənclərin təhsilinə və mədəniyyətin inkişafına xüsusi diqqət ayrıldı. Heydər Əliyevin atdığı hər bir addım müstəqil Azərbaycan dövlətçiliyinin ideya əsaslarının formalaşmasına xidmət edirdi. Məhz 14 iyul 1969-cu il xalqımızın özünə qayıdışının, dirçəlişinin başlanğıcıdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev ideyaları uğurla davam etdirilir.

Ümummilli Liderin arzusu olan qüdrətli, müstəqil və firavan Azərbaycan dövləti bu ideyaların məntiqi nəticəsidir.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin