Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Hazırda oxunan: Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

624976

“Biz harada kömək edə biləriksə, hər zaman orada səmimi şəkildə dəstək olmuşuq və bu, bizim əsas davranış xəttimizdir. Artıq bu, bir ənənəyə çevrilib: əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik. Əvvəllər belə bir imkanımız yox idi. Lakin bu gün artıq həm maddi, həm siyasi, həm də digər məsələlər baxımından bunu etməyə qadirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib.

Dövlət başçısı Azərbaycanın artan rolundan danışaraq, burada etimad, səmimiyyət və dürüstlüyün əsas amillər olduğunu vurğulayıb.

Prezident İlham Əliyev, həmçinin Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin Azərbaycana yekdil şəkildə səs verməsini Azərbaycana göstərilən böyük etimad və etibarın təzahürü kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin