Prezident: “Biz artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edirik” - VİDEO

Hazırda oxunan: Prezident: “Biz artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edirik” - VİDEO

624953

“Biz artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edirik. Bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.

“Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqları aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir”, - deyə dövlət başçısı əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin