Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

Hazırda oxunan: Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

624605

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, həmçinin səfər çərçivəsində müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda "Müştərək qərargahın idarəedilməsi", həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən "Qərargahın idarəedilməsi" kurslarının buraxılış mərasimində iştirak edib.


Tədbirdə çıxış edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.

General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları təqdim edib.

Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin