Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsininin prezidenti, Böyük Britaniyanın Maliyyə Nazirliyində İqtisadi Cinayətkarlıq və Sanksiyalar üzrə direktor Giles Tompson, Türk Dövləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Eqmont Qrupun sədri, Polşanın Maliyyə Nazirliyinin Maliyyə Məlumatları Departamentinin direktor müavini Elzbieta Franko-Yaskeviç, Eqmont Qrupun icraçı katibi, Fransanın Maliyyə Kəşfiyyat Orqanının Beynəlxalq əməkdaşlıq departmantinin direktor müavini Jerom Bomon, "MONEYVAL" şirkətinin prezidenti, San Marinonun Maliyyə Kəşfiyyat Orqanının direktoru Nikolla Muçiolli, Eqmont Qrupun sədr müavini, Almaniyanın Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Daniel Telesklaf və Eqmont Qrupun sədr müavini, Səudiyyə Ərəbistanının Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Məhəmməd bin Əbdülrahman Almuhannanı qəbul edib.
Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycanın Eqmont Qrupun illik plenar sessiyasına ev sahibliyi etdiyi vurğulanaraq, tədbirin yüksək səviyyədə təşkil olunduğu, orada səmərəli müzakirələrin aparıldığı qeyd edildi.
Görüşdə Azərbaycanla nümayəndə heyətinə daxil olan qurumlar arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər görüldüyü, bu istiqamətdə mühüm nailiyyətlərin əldə edildiyi bildirildi.






Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:46 / 10.07.2026
Prezident bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTO
Hazırda oxunan: Prezident bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTO
Hazırda oxunan: Prezident bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTO
624530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































