Nazir cüdoçuları təbrik etdi - FOTO

Hazırda oxunan: Nazir cüdoçuları təbrik etdi - FOTO

641548

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatını 7 medalla başa vuran idmançıları təbrik edib.

Bizim.Media xəbər verir ki, ACF prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bakıda keçirilən cüdo üzrə dünya çempionatında +100 kq çəki dərəcəsində Uşanqi Kokauri gümüş, Kənan Nəsibov isə bürünc medal qazanıb. Bu nəticə ilə milli komandamız fərdi yarışları rekord göstərici – 7 medalla başa vurub. Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah keçiriləcək qarışıq komanda yarışında millimizə uğurlar arzulayıram", - Rəşad Nəbiyev vurğulayıb.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial sabah başa çatacaq.

Azərbaycan cüdoçuları fərdi mübarizəni rekord sayda - 7 medalla başa vurublar.
 

 


Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin