Prezident: "Bizim üçün sülh artıq reallıqdır"

Hazırda oxunan: Prezident: "Bizim üçün sülh artıq reallıqdır"

622723

“Azərbaycan üçün sülh artıq reallıqdır”

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
 

Dövlət başçısı bildirib ki, Ursula fon der Lyayenlə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması proseslərindən söhbət ediblər.


"Faktiki olaraq sülhə nail olunub. Biz artıq bunun xeyrini görürük. Biz sülhün kağız üzərində olmadığını nümayiş etdirmək üçün bir sıra birtərəfli addımlar atdıq".

Prezident xatırladıb ki, Azərbaycan öz ərazisindən Ermənistana malların göndərilməsi üçün bütün məhdudiyyətləri aradan qaldırdı.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistana neft məhsulları, o cümlədən benzinin ixracına başlayıb:

"Bir sözlə biz nümayiş etdiririk ki, bizim üçün sülh artıq reallıqdır. Biz sülh şəraitində yaşamağa öyrənirik, çünki biz 30 il ərzində işğal altında yaşamışıq. Biz sülhü gücləndirmək üçün əlimizdən gələni etməliyik ki, o əbədi sülh olsun".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin