Son illər Fransa Prezidenti Emmanuel Makronun həm siyasi reytinqi, həm də şəxsi nüfuzu ciddi zərbələr alır. Sosial etirazlar, hökumətin mübahisəli qərarları və beynəlxalq arenada uğursuzluqlarla üzləşən Fransa lideri getdikcə daha çox tənqid hədəfinə çevrilir. Rəy sorğuları da Makrona ictimai dəstəyin rekord səviyyədə azaldığını göstərir.
Makronun imicinə təsir edən amillər sırasında şəxsi həyatı və davranışları ətrafında yaranan qalmaqallar da mühüm yer tutur. Xüsusilə də, Fransada narazı xalqın yumurta hücumları, bundan əlavə, Vyetnam səfəri zamanı həyat yoldaşının silləsinə tuş gəlməsi Makronu bütün dünyada gülüş hədəfinə çevirib.
Son illərdə Fransa prezidentinin müxtəlif ictimai insidentlərlə gündəmə gəlməsi onun siyasi nüfuzunun zəifləməsi fonunda daha geniş rezonans doğurur.
Məhz belə bir dövrdə Makronun Ermənistan səfəri zamanı yaşanan daha bir qalmaqal diqqət mərkəzinə düşüb. Söhbət Fransa liderinin İrəvanda nümayiş etdirdiyi simvolik jestlərdən və bu səfərlə bağlı sonradan ortaya çıxan maraqlı tarixi məqamlardan gedir.
Makronun İrəvan sərgüzəştləri
Məlum olduğu kimi, Fransa Prezidenti Emmanuel Makronun İrəvana son səfəri zamanı baş verən qeyri-rəsmi anlar geniş müzakirə olunub. Prezident Şarl Aznavurun məşhur “La Bohème” mahnısını ifa edib, Ermənistanın Baş naziri Nikol Paşinyan isə ona zərb alətlərində müşayiət edib.
Liderlər paytaxt küçələrində gəzib, Makron şəhərdə qaçış edib və Marriott otelində qalıb. Bu addımlar Paris və İrəvanın tez-tez vurğuladığı “iki bacı arasında xüsusi münasibətlərin” nümayişi kimi qiymətləndirilib.
Fransa prezidentinin “yaddan çıxardığı” İrəvan tarixi
Lakin “Vmedia” YouTube kanalında yayımlanan “How Urbicide Shaped Yerevan: The History Macron Missed” (“Urbisid İrəvanın simasını necə formalaşdırdı: Makronun gözdən qaçırdığı tarix”) adlı videosüjetdə diqqət başqa bir məqama yönəldilib.
Kanalın araşdırması nəticəsində məlum olub ki, Fransa nümayəndə heyətinin yerləşdiyi Marriott oteli vaxtilə İrəvan xanının sarayının (Sərdar sarayının) yerləşdiyi ərazidə inşa olunub.
Videoda XIX əsrə aid rəssam Franz Roubaud və knyaz Qriqori Qaqarin tərəfindən çəkilmiş əsərlər, saray interyerlərinin qədim fotoları və hərbi litoqrafiyalar təqdim olunur. Bu materiallar İrəvanın keçmiş memarlıq irsinin sənədli sübutlarıdır.
Sərdar sarayının acı taleyi
Videosüjetdə İrəvanın tarixindən də bəhs olunub. Bildirilib ki, 1504-cü ildə Səfəvi hökmdarı Şah İsmayıl Xətai sərkərdəsi Rəvanqulu xana həmin ərazidə qala tikməyi tapşırıb. Yeddi il ərzində inşa edilən qala sonradan İrəvan qalası kimi tanınıb. 1827-ci ildə qala Rusiya qoşunları tərəfindən ələ keçirilib və İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə daxil edilib.
Qala və onun memarlıq kompleksi sovet dövrünədək mövcudluğunu qoruyub saxlayıb. Lakin bir vaxtlar rəssamlar, əsgərlər və səyyahlar tərəfindən şərq möcüzəsi kimi təsvir edilən kompleks Ermənistan SSR dövründə mərhələli şəkildə sökülüb, nəticədə tarixi izlər demək olar ki, tamamilə silinib.
Vaxtilə Şərqin ən gözəl tikililərindən biri hesab edilən Sərdar sarayının yerləşdiyi ərazidə hazırda konyak zavodu fəaliyyət göstərir.
Parisdə qorunan, İrəvanda məhv edilən tarixi yaddaş
Videoda ən diqqətçəkən məqamlardan biri isə Paris və İrəvan tarixi memarlığının müqayisəsidir. Müəlliflər qeyd edirlər ki, Fransa paytaxtının bir çox əraziləri orijinal memarlıq görünüşünü qoruyub saxlayıb, İrəvanın tarixi irsinin əhəmiyyətli bir hissəsi isə itirilib, daha doğrusu urbisidə məruz qalıb.
Sonda isə qeyd edək ki, Makronun düşdüyü vəziyyət həqiqətən də tarixin ironiyasıdır. Makron İrəvana öz ölkəsindən daha çox düşündüyü Ermənistana dəstək göstərmək üçün gəldi. Ancaq hər fürsətdə Azərbaycanı saxta ittihamlarla hədəf alan Fransa lideri İrəvanda, Azərbaycan xalqının tarixi mirasının dağıntılar üzərində inşa olunan oteldə gecələdi. Bununla da Ermənistanda dağıdılan tarixi irsimizi yenidən gündəmə gətirdi.
Əslində bu baş verənlər Makronun ənənəvi halıdır: yenə qaş düzəltmək istəyirdi, vurub göz çıxardı...
Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:26 / 13.06.2026
Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO
Hazırda oxunan: Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO
Hazırda oxunan: Makronun İrəvan FİASKOSU – Ermənilərin gizlətməyə çalışdığı tarixi irsimiz belə İFŞA OLDU – VİDEO
619114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































