Azərbaycan və Qazaxıstan parlamentariləri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət ediblər - FOTO

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan parlamentariləri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət ediblər - FOTO

618746

11 iyun 2026-cı il tarixində Azərbaycan və Qazaxıstan parlamentarilərdən ibarət nümayəndə heyəti iki ölkə arasında parlamentlərarası mübadilə səfəri çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib və Baş katib səfir Ramil Həsən ilə görüşüblər.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Qazaxıstan Respublikası Parlamentinin Sosial və mədəni inkişaf komitəsinin üzvü, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Parlamentarilər üçün Qlobal Vərəm əleyhinə Qlobal Koalisiyasının həmsədri Güldara Nurumova, Qazaxıstan Respublikası Parlamentinin Ekologiya və təbiətdən istifadə məsələləri komitəsinin üzvü Ajar Saqandıkova, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Parlamentarilər üçün Qlobal Vərəm əleyhinə Qlobal Koalisiyasının regional meneceri və Tütünə Nəzarət Proqramının rəhbəri Alesya Matuseviç, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Pərvanə Vəliyevanın köməkçisi Kamil Hacıyev və tərcüməçi Leyla Nağıyeva daxil olmuşdur.

TÜRKPA Baş katibi Ramil Həsən nümayəndə heyətinə TÜRKPA-nın və onun Beynəlxalq Katibliyinin fəaliyyəti barədə məlumat verib, eləcə də təşkilatın türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın inkişafındakı rolunu vurğulayıb. Görüş ailə fotosu ilə yekunlaşıb.

Görüşdə həmçinin TÜRKPA Baş katibinin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Baş katibin müavini vəzifəsini icra edən Bektur Bazakeçov, eləcə də Komissiya katibi vəzifəsini icra edən Mirlan Usenkanov iştirak ediblər.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin