Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi - FOTO

617556

İyunun 5-də İspaniya Krallığının paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki ispanlar və Konsulluq İşləri Baş idarəsinin rəisi Karolina Alvares rəhbərlik edib.
 

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İspaniya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması mövzusunda müzakirələr aparılıb.


Danışıqlar zamanı tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, həmçinin ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil və viza siyasəti sahəsində Azərbaycan Respublikası və İspaniya Krallığı arasında çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin