Rusiyadan NATO-ya GÖZLƏNİLMƏZ HÜCUM – Yeni gərginlik ocağı ALOVLANIR?

Hazırda oxunan: Rusiyadan NATO-ya GÖZLƏNİLMƏZ HÜCUM – Yeni gərginlik ocağı ALOVLANIR?

616500

Rusiyanın Rumıniyaya PUA hücumu fonunda Avropa ilə Moskva arasında onsuz da gərgin olan münasibətlər daha da kəskinləşib.

Qeyd edək ki, mayın 28-dən 29-na keçən gecə Rumıniyanın Qalaç şəhərində pilotsuz uçuş aparatı çoxmənzilli yaşayış binasının damına çırpılıb. Hadisə nəticəsində binada yanğın baş verib və iki nəfər xəsarət alıb.  
 

MÖVZU İLƏ BAĞLI:

NATO-nun Qara dənizdə aktivləşməsinə Rusiyadan NÜVƏ CAVABI – Gərginlik daha da ALOVLANIR...


Rumıniya Milli Müdafiə Nazirliyi hadisənin Rusiya dronu ilə bağlı olduğunu açıqlayıb. Bu addıma cavab olaraq, Rusiyanın Rumıniyadakı konsulluğu bağlanıb, konsul isə “persona-non-grata” elan edilib. Rumıniya Prezidenti Nikusor Dan isə bildirib ki, Rusiya bu cür addımlara davam etsə, ölkəsi başqa tədbirlər görəcək.

Avropalı liderlər də bu addıma görə Rusiyanı sərt şəkildə qınayıblar. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta X platformasındakı paylaşımında deyib ki, Rusiyanın Avropa İttifaqı ərazisində eskalasiyanı artırması məsuliyyətsiz və təhlükəli addımdır.

Görəsən, bu hücum nəyə hesablanıb? NATO hansı cavab addımları atacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Rusiya bunu heç də bilərəkdən etməyib:

“Dronların Rumıniya ərazisində yaşayış binasını zədələməsi hadisəsi heç də bilərəkdən edilən olay deyil. Rusiya bunu qəsdən etməyib. İdarəetmə sistemi drona yanlış istiqamət verib və nəticədə dron istiqamətini itirib. Ukrayna da Rusiyanın neft zavodlarını, hərbi sənaye müəssisələrini, hərbi zavodlarını vurur. Yəni Rumıniyadakı olay Rusiyanın məqsədyönlü fəaliyyəti deyil”.

Bununla belə, həmsöhbətimizin sözlərinə görə, baş verən hadisə Rusiyanın istəklərinə uyğundur:

“Onlar bununla Ukraynaya dəstək olan ölkələri cəzalandırdıqlarını düşünürlər. Rusiya istədiyi an beynəlxalq hüququ pozur. Amma başqaları bunu edəndə sərt reaksiya verirlər”.

Ekspert baş verən olay fonunda tərəflər arasında ciddi qarşıdurmanın yaranacağını düşünmür:

“Daha əvvəl Polşaya da dron hücumları oldu. NATO və Rusiya münaqişənin dərinləşdirilməsində maraqlı deyillər. Hər iki tərəf nüvə silahına sahibdir. Ona görə də Rumıniyaya dron hücumunu da adi hadisə kimi yola verməyə çalışacaqlar”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin