Numan Kurtulmuş: Azərbaycanın müstəqilliyi əbədi olacaq

Hazırda oxunan: Numan Kurtulmuş: Azərbaycanın müstəqilliyi əbədi olacaq

615870

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Türkiyə parlamentinin sədri sosial media paylaşımında “Bir millət, iki dövlət” kəlamı işığında Türkiyə və Azərbaycanın birliyini vurğulayıb.

“Ortaq tarixi, mədəniyyəti və qardaşlığı paylaşdığımız Azərbaycanı ürəkdən təbrik edirəm. Ümid edirəm ki, qardaş ölkəmizin müstəqilliyi əbədi olacaq”- deyə Türkiyə Böyük Millət Məclisinin sədri yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin