Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası işini yekunlaşdırıb.
Bizim.Media xəbər verir ki, Parlamentin sədri Sahibə Qafarova yaz sessiyasında keçirilən iclaslar, görüşlər haqqında məlumat verib.
Parlament sədri yaz sessiyasında müxtəlif hökumət qurumlarının, o cümlədən, nazirliklərin, dövlət komitələrinin nümayəndələrinin mütəmadi olaraq Milli Məclisin və komitələrin iclasına dəvət olunduğunu və qanun layihələrinin müzakirəsində iştirak etdiklərini bildirib.
Parlament sədri Sahibə Qafarova yaz sessiyasını bağlı elan edib.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bununla da parlamentin yaz sessiyası başa çatıb.
Günay Şahmar, Bizim.Media


































































































