SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

Hazırda oxunan: SON DƏQİQƏ! Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı DAYANDIRDI

610529

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.

Bizim.media xəbər verir ki, qərarın mətnini Komissiyanın sədri Ziyafət Əsgərov səsləndirib.

Milli Məclisin qərarında deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisinin Avropa parlamenti ilə  bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın;

Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun;
 

Avronest Parlament Assambleyasının  nizamnaməsinə uyğun olaraq Azərbayacan Respublikasının Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndələri Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın”.


Qərar səsə qoyularaq qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin