Prezidentdən BTİ Regional Akselerasiya Mərkəzi ilə bağlı FƏRMAN

Hazırda oxunan: Prezidentdən BTİ Regional Akselerasiya Mərkəzi ilə bağlı FƏRMAN

610162

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi"ni təsdiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Dövlət başçısı yeni fərman imzalayıb.

Saziş 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanıb.

Sənəd qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BTİ-yə bildiriş göndərməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin