Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

Hazırda oxunan: Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

609277

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nyu-York meri Zohran Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” hesabında bildirib.

Ayxan Hacızadə qeyd edib ki, ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər:
 

“Nyu-York merinin təhrikedici bəyanatını rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və faktları siyasi məqsədlər üçün təhrif edir. 2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkət edib. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri 30 il davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələndi”.


XİN rəsmisi vurğulayıb ki, Nyu-York merinin “qovulma” iddiaları həqiqəti əks etdirmir. Belə ki, bunun əksinə olaraq erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif edilib, lakin Zohran Məmdani bunu nəzərə almayıb.

“Xüsusilə narahatedicidir ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qırğınları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzdən gələrək birtərəfli narrativləri təbliğ edir. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir”, - Ayxan Hacızadə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin