Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Hazırda oxunan: Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

608754

Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir.

Bizim.Media xəbər verir ki, bu fikri Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlər Azərbaycan-Latviya biznes-forumunda – FOTO


O qeyd edib ki, Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, o cümlədən NATO-nun üzvü kimi Latviya Azərbaycan ilə həmin təşkilatlar, eləcə də ikitərəfli əməkdaşlıq çərçivəsində işləməyə və dəstək verməyə, iqtisadi əlaqələrin təşviqi üçün bütün bacarıqlarını bölüşməyə hazırdır.

"Biz, həmçinin bir faktı da yüksək dəyərləndiririk ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçün həm siyasi, həm iqtisadi sahədə və ən vacibi isə, energetika sahəsində strateji tərəfdaşdır", - Edqars Rinkeviçs vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin