Nazir forum çərçivəsində keçirilən görüşlərin detallarını AÇIQLADI

Hazırda oxunan: Nazir forum çərçivəsində keçirilən görüşlərin detallarını AÇIQLADI

607953

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində TDT, NATO, İƏT və Aİ nümayəndələri ilə keçirdiyi görüşlərin detallarının açıqlayıb.

Bizim.Media xəbər verir ki, “apa.az”a açıqlamasında nazir bildirib ki, forum çərçivəsində yalnız xarici işlər nazirləri səviyyəsində 10-dan artıq ikitərəfli görüş keçirilib və bu görüşlərdə mühüm məsələlər müzakirə olunub.

“Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə qeyri-formal görüş keçirildi. Çox önəmli müzakirələr aparıldı. Bilirsiniz ki, Azərbaycan D-8 təşkilatının ən yeni, lakin fəal üzvüdür. Buna baxmayaraq, üzvlük çərçivəsində artıq aktiv fəaliyyətə başlamışıq. Baş katibliklə görüş baş tutdu və orada gedən prosesləri müzakirə etmək imkanımız oldu.

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşümüz oldu, əməkdaşlıq imkanları müzakirə edildi. Avropa İttifaqından olan həmkarlarla isə Azərbaycan–Aİ gündəliyi ətrafında fikir mübadiləsi aparıldı”, – deyə Ceyhun Bayramov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin