Bu gün Türkiyədə sovet ordusunun 33 il öncə Azərbaycan xalqına qarşı törətdiyi 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.
"Report"un Ankara bürosunun məlumatına görə, tədbir Azərbaycanın Türkiyədəki Səfriliyinin, Keçiören Bələdiyyəsinin və Türkiyə Politika və Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun dinc əhaliyə hücumu və bu faciəli qırğını əks etdirən fotosərgi nümayiş edilib, şəhidlərin xatirəsi yad edilib.
Keçiöreən Bələdiyyəsinin sədri Turğut Altınok və Türkiyənin Azərbaycandakı səfiri Rəşad Məmmədov çıxış ediblər. T.Altınok bildirib ki, Azərbaycan xalqının müstəqillik uğrunda əliyalın, dinc mübarizəsinə qarşı edilən silahlı hücumun, törədilən qanlı cinayətin məsuliyyətini daşıyanlar cəzalandırılmalıdırlar.
Səfir deyib ki, bu tarix Azərbaycan xalqının əbədi müstəqillik, azadlıq uğrunda mübarizə simvoluna çevrilib və dünya durduqca xatırlanacaq, xalqa qarşı tördilən bu qətliam heç vaxt unudulmayacaq.
“Bakı qətliamı” adlı paneldə Ankara Universitetinin müəllimi Toğrul İsmayıl, Türkiyə Ekonomik Politika və Araşdırmalar Vəqfinin əməkdaşı, Qazi Universitetinin müəllimi Sinan Dəmirtürk çıxış edərək 20 Yanvar faciəsinin törədilmə səbəbləri, nəticələri ilə bağlı araşdırmaları, faktları təqdim ediblər.





































































































