Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Hazırda oxunan: Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

628483

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə Gəncə–Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, "VAZ-21015" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun 2004-cü il təvəllüdlü qızı Xədicə Hüseynova, həmçinin "VAZ-21015" markalı avtomobilin sürücüsü Əli Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar xəstəxanalardan birinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin