Bərdə rayonunda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov həyətində ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. Yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb və o, suda boğularaq ölüb.
Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu




































































































