Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

628486

Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı “Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Yenilik isə hazırda müəllimlər tərəfindən müzakirə olunan əsas məsələlərdəndir.

Maraqlıdır, bəs müəllimlərin geyim məsələsi nəyə əsasən tənzimlənəcək?

Bizim.Media
xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “redaktor.az”a istinadla bildirir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi qanunda yazıldığı kimi Nazirlər Kabinetinə təsdiq etmək üçün iki ay vaxt verilib.  

"İndiki məqamda bizim də əlimizdə yalnız prezidentin təsdiqlədiyi qanunda olduğu qədər məlumat var. Detallar bəlli olanda ictimaiyyətə məlumat veriləcək", - deyə cavabda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin